Çap etGöndər

BÜTÜN RENAULT AVTOMOBİLLƏRİ ÜÇÜN ORİJİNAL EHTİYAT HİSSƏLƏRİ

 

Renault-un orijinal ehtiyat hissələri – istehsalçı tədqiqatının və texnoloji yeniliklərinin nəticəsidir. Orijinal ehtiyat hissələrinin texniki standartlara uyğunluğunu, laboratoriyalarda xüsusi testlər və Renault-un sınaq mərkəzlərində yoxlayırlar. Renault-un orijinal ehtiyat hissələri, istehsalında yüksək texniki standartların tətbiqi və brendin dəyərinin qorunub saxlanılması sayəsində Renault avtomobillərinin ilkin vəziyyətinin saxlanılmasına zəmanət verir.

 

ORİJİNAL RENAULT EHTİYAT HİSSƏLƏRİNİN SEÇİMİNİN 5 ƏSAS SƏBƏBİ

 

TƏHLÜKƏSİZLİK

Ehtiyat hissələrinin texniki göstəricilərinin, möhkəmliyinin və elastikliyinin, eyni zamanda Renault avtomobillərinin aktiv və passiv təhlükəsizliyinin yoxlanılması məqsədilə, hər il, 400-dən çox real və kompyuterdə minlərlə modullaşdırılmış crash-testləri keçirilir.

 

ƏTRAF MÜHİT

Renault, təkrar emalı mümkün olan materialların istehsal prosesində istifadə edilə bilməsi üçün daima yeni işlər görür.

 

İNNOVASİYALAR

Renault avtomobillərini ən yeni materiallarla və son texnioloji yeniliklərlə təchiz edərək, il ərzində 700-dən çox patentin registrasiyasına imza atır və bununla da texnologiyanın zirvəsində olmağa davam edir.

 

КEYFİYYƏT
600 mühəndis və texniki sahəsinin mütəxəssisləri material seçiminə, istehsal prosesinə və detalların keyfiyyətinin daima yüksəldilməsi üçün aparılan sınaq testlərinə diqqətlə nəzarət edir

DİZAYN
Hər bir detal yüksək aerodinamik keyfiyyətlərə zəmanət verə bilən, təmir zamanı minimum vaxt ərzində montaj edilə bilən və ümumi harmoniya təşkil edə bilən ideal formaya malikdir.