Çap etGöndər

KREDITLI SERVIS

 

Hər bir avtomobil sahibi “dəmir dostunu” istifadəyə tam yararlı vəziyyətdə görmək istəyir. Bunun üçün avtomobili, rəsmi nümayəndənin servis mərkəzinə, periodik olaraq tələb olunan dövri texniki baxışa gətirmək, texniki baxışdan keçirdikdən sonra isə tələb olunan təmir işlərini icra etmək lazımdır.

Avtomobilimizi rəsmi servislərdə təmir etdirən zaman bir çox müştərilərin üzləşdiyi çətinlik maddi imkanlarla bağlı olur. Bu səbəbdən bəzi mütərilər ya tələb olunan təmiri icra etmir, ya da keyfiyyətsiz və zəmanətsiz təmir xidmətləri təklif edən profilaktoriyalara müraciət edir.

Amma hər iki halda müştəri büdcəsi zərər görür.

Bütün bu halları nəzərə alaraq, “Renault Azərbaycan” Azərbaycanda avtomobil bazarında Kreditli Servis xidmətini təqdim edir.

15 fevral 2012-ci il tarixindən start verilən Kreditli Servis kampaniyasında “Renault Azərbaycan”ın başlıca partnyoru “NBC Bank” ASC-dir. “NBC Bank” Kreditli Servis Xidmətinin başlıca maliyyə dəstəkçisi olaraq, öz növbəsində, müştəriləri külli miqdarda sənəd toplusu tələbi ilə yormur, operativ olaraq kredit məbləğini əldə etmək imkanı yaradır.

Kreditli Servis xidmətinin müştərilərə qazandırdığı üstünlüklər:

 

1. BANKA GETMƏDƏN SERVİS DAXİLİNDƏ KREDİTLƏŞMƏ

2. SERVİS HAQQINI HİSSƏ-HİSSƏ ÖDƏMƏ

3. AZ MƏBLƏĞ ÖDƏMƏKLƏ ORİJİNAL VƏ ZƏMANƏTLİ EHTİYAT HİSSƏLƏRİNDƏN FAYDALANMAQ

4. BÜDCƏNİZƏ QƏNAƏT

 

ODUR Kİ, YOLUNUZU RƏSMİ SERVİSDƏN SALIN, SERVİS HAQQINI HİSSƏ HİSSƏ ÖDƏYİN!!!