Çap etGöndər

YENİ RENAULT AVTOMOBİLİNİN ZƏMANƏT ŞƏRTLƏRİ

 

AŞAĞIDAKI İSTİQAMƏTLƏR ÜZRƏ QARANTİYA ŞƏRTLƏRİ MÜƏYYƏN EDİLİR

1. Rəsmi distribüterin və ya istehsalçı zavodun təqsiri ucbatından sıradan çıxmış detalın pulsuz olaraq təmir edilməsinə və ya dəyişdirilməsinə.

2. Zəmanət müddəti avtomobil faktiki Alıcıya təhvil verildiyi tarixdən başlanır və zəmanət müddətinin müvafiq ayında və günündə, yaxud bu müqavilə il müəyyən edilmiş məsafə qət edildikdə qurtarır.

3. Zəmanət verilməyən hallara 2.1.1 və 2.1.2-ci bəndlər şamil edilmir.

 

ZƏMANƏTİN MƏZMUNU

1. Yeni avtomobilin ümumi zəmanət müddəti, bu müqavilənin müvafiq bəndlərində nəzərdə tutulmuş istisnalar nəzərə alınmaq şərti ilə, avtomobil Alıcıya faktiki təhvil verildiyi gündən etibarən, hansı faktın tez baş verməsindən asılı olaraq 3 il və ya 100000 km müəyyən olunmuşdur.

2. Tərəflərin razılaşmasına əsasən aşağıdakı faktlardan hər-hansı biri baş verdikdə Zəmanət müddəti bitir:

· avtomobilin Alıcıya faktiki təhvil verildiyi tarixdən 36 təqvim ayı keçdikdə.

· avtomobillə qət edilmiş məsafə 100000 km-dən artıq olduqda.

3. Tərəflərin razılaşmasına əsasən, avtomobilin benzin nasosu, benzin datçiklərinin qaravulları (poplavokları, amortizatorları (işləmə səviyyəsi 50%-dən aşağı olan hallarda dəyişdirilməsi) və digər hərəkətdə olan hissələri üçün, hansı halın tez baş verməsindən asılı olaraq, 2 il və ya 50000 km, forsunkalara, kondisionerin freon qazına, supportun başmaqlarına 1 il və ya 20000 km., əyləc diskinə 1 il və ya 5000 km, akkumlyatoruna isə 2 illik zəmanət müddəti müəyyən edilir.

4. Əlavə quraşdırılmış elektron aksessuarlara 1 il zəmanət verilir.

Avtomobilin akkumlyatoruna verilən zəmanətin xüsusiyyətləri:

· Avtomobilin istismarının birinci ilində akkumlyator, istehsalçı xətaları səbəbilə sıradan çıxdıqda yenisi ilə əvəz edilir.

· Avtomobilin istismarının ikinci ilində akkumlyator, istehsalçı xətaları səbəbilə sıradan çıxdıqda yenisi ilə əvəz edilir, lakin akkumlyatorun qiymətinin 50%-i Alıcı tərəfindən ödənilir.

· Yeni avtomobilin zəmanəti təkərlər və bu müqavilənin “Aşağıdakılara zəmanət verilmir” adlanan 4-cü bölməsində sadalananlar istisna olmaqla, avtomobilin RENAULT tərəfindən təmin olunan qalan bütün hissə və komponentlərinə aid edilir.

 

AŞAĞIDAKILARA ZƏMANƏT VERİLMİR

1. Təkərlərə, habelə təkər şinlərinə və disklərinə.

2. Şamlara və səsboğucuya (paslanma, deşilmə və ya katalizatorun içinin tökülməsi)

3. Sonradan dəyişdirilmiş ehtiyat hissələri və aksessuarlara. (dəyişdirilmiş ehtiyat hissəsi və ya quraşdırılmış aksessuarların, quraşdırılma tarixindən 3 ay keçənədək və ya avtomobillə 5000 km. qət edənədək, dəyişdirilmiş ehtiyat hissəsinin, yaxud quraşdırılmış aksessuarın sıradan çıxması ( hansı halın tez baş verməsindən asılı olaraq) istisna olmaqla.)

4. Müştərinin istəyi ilə quraşdırılmış qeyri orijinal aksessuarlara

5. Rəsmi Servis mərkəzindən kənarda qoyulmuş hər hansı bir aksessuar və ya avadanlıqlara və ya bu avadanlıqların quraşdırılması nəticəsində meydana çıxan nasazlıqlara.

6. Avtomobilin istismar Kitabçasının Texniki Xidmət bölməsində və Avtomobil Sahibinin məlumat kitabında təsvir olunmuş mütəmadi tələb olunan və ya məsləhət görülən texniki xidmət zamanı dəyişdirilən bütün hissələr və xidmət puluna, habelə normal aşınma prosesində dəyişilməsi zəruri olan ehtiyat hissələrinə və xidmətlərə.

7. Avtomobil Sahibinin məlumat kitabında qeyd olunan dövri servis xidmətlərinə (təkərlərin balanslaşdırılması və mərkəzi vəziyyətə gətirilməsi, mühərrikin nizamlanması, ön fənərlərin tuşlanması, mühərrikin və sürətlər qutusu yağının dəyişdirilməsi, işıqlandırma sisteminin tənzimlənməsi, lampaların və şamların dəyişdirilməsi, filtr, şüşəsilənlər, yağlayıcı və soyuducu mayelərin dəyişdirilməsi, kəmərlərə və onların dartıcı hissələrinə və s.)

8. Sürücünün avtomobili istismar etmə qaydasından və avtomobilin saxlanılma şəraitindən asılı olan yeyilməyə, aşınmaya, kənar təsirlərə məruz qalan hissələrə (ilişmə muftası, əyləc diskləri, əyləc başmaqları, Avtomobilin interyerinə, sükan çarxına, tutacaqlara, sürtkülər və rezin hissələr)

9. Aşağıdakı səbəblərdən baş vermiş zədələr və çatışmamazlıqlara:

· Təyinata uyğun olmayan istifadə, qəzalar, oğurluq və ya yanğın;

· Uyğun olmayan və ya çirkli yanacaq, yağlayıcılar və mayelərdən istifadə; bu kitabçanın Texniki Xidmət bölməsi və avtomobil sahibinin məlumat kitabında göstərilən müvafiq xidmətlər yerinə yetirilmədikdə;

· Qeyri-orijinal RENAULT ehtiyat hissələrindən istifadə edildikdə;

· Dəyişdirmələr və ya qeyri-peşəkar, müvafiq olmayan təmir;

· Daş-çınqıl zədəsi, kimyəvi zədələr, ağacın avtomobil üzərinə aşması, duzlar, dolu, tufan, ildırım və digər təbiət hadisələri;

· Rəsmi RENAULT distribüteri tərəfindən aparılmayan təmir işlərinə və onların nəticələrinə, avtomobillə və ya avtomobil üzərində istehsalçı və ya rəsmi distribütor tərəfindən tövsiyyə olunmayan əməliyyatların aparılması.

10. Rəng, işlənmə və digər görünən hissələrin normaya uyğun olaraq köhnəlməsi

11. Spidometr göstəriciləri dəyişdirilmiş və ya hər-hansı kənar müdaxilə səbəbilə, kilometr göstəricisi müəyyənləşdirilə bilməyən avtomobillərin hər-hansı hissəsinə.

12. Qəzalar, digər insidentlər, o cümlədən, yol hərəkəti qaydalarının pozulması nəticəsində avtomobilə dəymiş zərərlərə, təbii fəlakətlər, kommersiya itkiləri və bu kimi hallara.

13. Çirkli və ya standartlara cavab verməyən yanacaq-sürtkü materiallarından istifadə səbəbindən meydana çıxan, habelə avtmobil istehsalçısının tövsiyyələrinə zidd istismarla əlaqədar yaranan bütün digər müdaxilələrin nəticələrinə.

14. Salonun və digər görünən hissələrin rənginin aşınması hallarına, habelə salonda istismar nəticəsində yararan səs-küylərin (səssizləşdirmə işləri) nəticələrinə.

15. Avtomobildəki rezin hissələrə və detallara

16. Güzgü və şüşələrə

17. Qapıların tənzimlənməsi ilə əlaqədar hallara

18. Avtomobilin istismarı prosesində yaranan, avtomobilin mühərrik və sürət ötürücü mexanizmlərinin və aqreqatlarının nasazlıqları ilə bağlı olmayan hissələrə

19. Avtomobilin qəzalar və ya təbii fəlakətlər nəticəsində zədələnməsi hallarına

20. Ölkədaxili qayda və qanunların tələblərinə əsasən və ya ətraf mühitin qorunması ilə əlaqədar qoyulan tələblərlə bağlı olan problemlər.

21. Avtomobilin saxlama və istismar şərtlərinə əməl edilməməsi nəticəsində, baş vermiş nasazlıqlara.

22. Müvafiq alqı-satqı müqaviləsində və bu müqavilədə nəzərdə tutulmasa da, istehsalçının və ya distribütorun xətaları ilə bağlı olmayan bütün hallara.

 

ALICININ VƏZİFƏLƏRİ

1. Avtomobil sahibi avtomobilin məlumat kitabı və zəmanət kitabçasının Texniki Xidmət bölməsində göstərildiyi kimi öz avtomobilinə qayğı ilə yanaşmalı, vaxtlı-vaxtında texniki xidmətə təqdim etməli və təyinatına uyğun istifadə etməlidir.

2. Avtomobili öz hesabınıza rəsmi RENAULT distribütorunun servis mərkəzinə gətirib müvafiq zəmanətli xidmət işlərini yerinə yetirmək üçün təqdim etməlidir.

3. Atomobillə qət edilən ilk 1000 km-lik məsafədən sonra avtomobili, bu sazişin 4-cü və 6-cı bölməsindəki istisnalar nəzərə alınmaq şərtilə, zəmanət texniki baxışına təqdim edilməlidir.

4. Avtomobil təhvil alınarkən onun rəngi, işlənmələri və digər görünən hissələrinin qüsurları barəsində ləngimədən Satıcıya məlumat verməlidir.

5. Servislə bağlı bütün suallara cavab vermək üçün avtomobilə göstərilmiş xidmətləri yadında saxlamalıdır.

 

ZƏMANƏTİN QÜVVƏDƏN DÜŞMƏSİ

Avtomobil sahibinin zəmanət hüquqlarına aşağıdakı hallarda zəmanət müddəti qurtaranadək xitam verilir:

1. Avtomobil hissələrinin özbaşına sökülməsi və ya tövsiyyə edilən Bakı şəhəri, Xətai prospekti 36 ünvanında yerləşən Servis Mərkəzindən kənarda təmiri.

2. Avtomobil sahibi tərəfindən avtomobil məlumat kitabında nəzərdə tutulan dövri cari texniki baxış və istismar qaydalarına əməl edilməməsi, xüsusilə də mühərrik yağının 5000 km-dən bir və ya qət edilən məsafədən asılı olmayaraq ən azı 6 ayda bir dəfə dəyişdirilməməsi.

3. Avtomobildə hər hansı ehtiyat hissəsinin özbaşına dəyişdirilməsi və ya orijinal olmayan ehtiyat hissələrinin və digər avadanlıqların quraşdırılması.

4. Avtomobilin konstruksiyasına dəyişiklik edilməsi və ya əlavə elektrik və digər qurğuların quraşdırılması.

5. Avtomobilin, istehsalçının xətaları ilə bağlı texniki qüsur və nasazlıqlarla əlaqədar olmayan qəzalar zamanı zədələnməsi.

6. Avtomobildən idman yarışlarında təlim Avtomobili kimi və ya digər formada sürücülük öyrənmək üçün istifadə edilməsi.

7. Avtomobilin qarşısıalınmaz qüvvənin təsiri ilə zədələnməsi.

 

DİGƏR ŞƏRTLƏR

1. Avtomobildən təhlükəsiz istifadə və ümumi istismar xərclərinin aşağı olması üçün avtomobilə müvafiq dövri texniki xidmət göstərilməsi vacib sayılır.

2. Dövri texniki xidmətlər minimum tələblərdir və avtomobil sahibinin təşəbbüsü ilə həyata keçirilməlidir.

3. Zəmanət dövründə avtomobildə meydana çıxan hər-hansı nasazlıqların aradan qaldırılması məqsədilə həyata keçirilən təmirin metod və üsullarını avtorizə olunmuş servis mərkəzi müstəqil müəyyən edir. Alıcının bilavasitə texniki xidmət və təmir prosesinə müdaxilə etmək hüququ yoxdur.

4. Zəmanət dövründə avtomobildə meydana çıxan hər-hansı nasazlıqların aradan qaldırılması məqsədilə həyata keçirilən təmir prosesinin müddəti, hər bir halda avtomobilin xüsusiyyətləri ilə bağlıdır və müddətlə məhdudlaşdırılmır.

5. Əlavə texniki xidmətə ehtiyac havadan, atmosfer hadisələrindən, avtomobil yollarının keyfiyyətcə dəyişkən olmasından, düzgün olmayan istismar və individual sürücülük qabiliyyətindən asılı olaraq yarana bilər.

6. Tövsiyyə edilən müvafiq texniki xidmətlərin yerinə yetirilməməsi və ya bu müqavilə üzrə tövsiyyə edilməyən xidmətlərin göstərilməsi səbəbindən yarana biləcək hər-hansı bir zədələnmə zəmanət şərtlərinə aid edilmir.

7. Tərəflər razılaşırlar ki, avtomobilə göstərilən pulsuz, dövri və zəmanət xidmətlərinin, avtorizə olunmuş texniki servis mərkəzinə malik, rəsmi nümayəndəlik tərəfindən həyata keçirilməsi, qarşılıqlı maraqların təmin edilməsi üçün mühüm şərtdir.

8. Zəmanət şərtləri avtomobilin satılmış və qeydiyyatdan keçmiş olduğu ölkədə etibarlıdır. Başqa ölkəyə aparılmış avtomobilə zəmanət verilmir. Bu şərt zəmanət dövrü bitənədək avtomobilin ilkin və ya sonrakı sahibində olmasından asılı olmayaraq təmin olunur.

9. Tərəflərin razılaşmasına əsasən, başqa bir ölkədə avtomobil istismar edilərkən avtomobillə bağlı problem yaranmışdırsa, həmin ölkədəki rəsmi RENAULT dilerinə müraciət edilməlidir.