Passiv

təhlükəsizlik

Çap etGöndər
DARTICILAR VƏ YÜK LİMİTORLARI İLƏ TƏHLÜKƏSİZLİK KƏMƏRLƏRİ 

Ön oturacaqlar üçün: 
• Dartıcı toqqası: Zərbə anında təhlükəsizlik kəmərlərini dartaraq möhkəmlədir. 
• Oturacaq dartıcıları: sərnişini aşağı çəkir və kəmərin altından sürüşüb keçməsinin qarşısının alır (2 qapılı modellərdə yoxdur). 
• Yük limitoru: döş qəfəsi, çiyinlər və omba nahiyəsinə düşən zərbəni azaldır. 
• Təhlükəsizlik kəmərinin hündürlüyünün tənzimlənməsi: təhlükəsizlik kəmərini sərnişinlərə görə düzgün tənzimləmək üçün. 

İkinci sıra oturacaqları üçün: 
• 2-ci sırada 3 oturacaq üçün üç nöqtəli təhlükəsizlik kəməri. 
• 3 oturacaq üçün yük limitorları 
• Arxa kənar oturacaqlar üçün dartıcılar. 
• Təhlükəsizlik kəmərinin altından sürüşüb düşməyə qarşı maneə: sərnişinin təhlükəsizlik kəmərinin altından sürüşüb düşməsinin qarşısını alır. 

STANDART OLARAQ ƏN AZI 6 HAVA YASTIĞI 

Qarşıdan gələn zərbə halında: 
• Avtomatik adaptasiya olunan 2 ön hava yastığı: tənzimlənən ventilyasiya hava yastıqları + zərbənin gücündən asılı olaraq avtomatik adaptasiya olunan. 

Yandan gələn zərbə halında: 
• Döş qəfəsi üçün 2 və ya 4 yan hava yastıqları: qabaq oturacaqların söykənəcəklərinin yan tərəfinə yerləşdirilib. 
2 yan pərdə hava yastıqları (Mégane Coupé-Cabriolet istisna olmaqla bütün modellərdə): ön və arxa sərnişinlərin başını qoruyur.