Renault-u Kəşf Edin

qrup

Çap etGöndər
RENAULT-UN TARİXİ
100 ildən artıqdır ki, dünyanın bir sıra ən yaxşı avtomobillərini istehsal etməyimizə baxmayaraq, sizin bizim haqqımızda məlumatınız olmaya bilər. 

LUİ RENO
Lui Reno 1877-ci ilin fevral ayında Parisdə doğulub. Onun ilk avtomobili 1898-ci ildə istehsal etdiyi Voiturette modeli olub. Renault şirkəti, Renault Frères (Reno Qardaşları) rəsmi olaraq 1899-cu ildə Lui və qardaşları Marcel və Fernand tərəfindən təsis olunmuşdur. 

İLK İLLƏR
Renault digər istehsalçılar tərəfindən də qəbul olunmuş birbaşa ötürücülü sürət qutusunu patentləşdirmiş və bir sıra digər patentləri, o cümlədən turbokompressoru qeydiyyatdan keçirmişdir. 
1903-cü ildən etibarən Renault Fransadan kənarda, İngiltərə, Belçika, İtaliya, Almaniya, İspaniya və ABŞ-da satış nöqtələri açmışdır. 
1905-ci ildə 250 taksi sifarişi almışdır ki, bununla da sex istehsalından kütləvi istehsala keçərək Fransanın aparıcı avtomobil istehsalçısına çevrilmişdir. 
1907-ci ilə qədər London taksilərinin 50%-i Renault avtomobilləri olmuşdur. 

ŞİRKƏTİN İNKİŞAFI 
Renault I Dünya Müharibəsində əhəmiyyətli rol oynamışdır. İki hadisə xüsusilə böyük əhəmiyyət kəsb etmişdir. 
1. “Marna taksiləri”. 500 Renault taksisi Almaniyanın Parisə hücumunu dayandırmaq üçün qoşun nəqliyyatı kimi istifadə olunmuşdur. Marna taksiləri I Dünya Müharibəsinin ən məşhur hadisələrindən biri olmuşdur. 
2. 1917-ci ildə istehsal olunmuş yüngül tank, İttifaqın müvəffəqiyyət qazanmasında əhəmiyyətli rol oynamışdır. 
Müharibənin sonunda Renault Fransanın ən iri istehsalçısı idi, hətta 1929-cu ilə qədər onun artıq Belçika, İngiltərə və İspaniyada da zavodları vardı. Lui Reno 1945-ci ildə vəfat etmişdir. 

RENAULT MİLLİLƏŞDİRİLİR 
Renault müharibədən sonra milliləşdirilərək növbəti 50 il ərzində dövlət müəssisəsi kimi fəaliyyət göstərmişdir. Onun fəlsəfəsi dəyişilməz qalaraq, bir çox innovativ modellərin istehsalında öz dəsti-xəttini göstərmişdir. Şirkət motosport sahəsində də yeniliklərini davam etdirməkdədir. 

RENAULT VƏ NİSSAN 
Renault Yaponiya, Tayvan, İndoneziya və Malayziya bazarlarına çıxış əldə etmək üçün 27 mart 1999-cu il tarixində Renault-Nissan İttifaqı yaratdı, bununla da Nissan-ın Asiya-Sakit okean hövzəsi bazarlarındakı gücündən yararlana bildi. 
Renault avtomobilləri Nissan-ın Avtomobil Distribütorları (VDA) adlı törəmə şirkəti vasitəsi ilə satılır. Renault (VDA) öz İcra Komitəsini və idarə strukturunu, həmçinin rəhbərlik və satış heyətini yaratdı. Renault Nissan-ın operativ rəhbərliyi tərəfindən tam dəstəklənir və yaxşı təsis olunmuş yapon şirkətinin geniş resurslarından istifadə edir. Milli səviyyədə Renault brendinin marketinqini təşkil etmək və ona xidmət göstərmək üçün geniş dilerlər şəbəkəsi yaradılıb. Böyük şəhərlərdə və seçilmiş əyalət mərkəzlərində yerləşən bu dilerlər bütün müştərilərə yüksək səviyyədə xidmət standartları üzrə Renault-un ciddi korporativ tələblərinə əsasən seçilmişlər. 
Satışdan sonrakı strategiya və xidmətə böyük diqqət yetirilir, Renault-un bütün xidmət heyəti mexaniki mükəmməllik standartlarının təmin edilməsi üçün şirkətin təlim mərkəzində ciddi təlim keçirlər.