HÜQUQİ MƏLUMATLAR

 

Bu saytdan istifadə şərtləri və müddəalar


RENAULT UK LIMITED (RENAULT) bu saytı sizin Renault məhsulları və bizim və Renault Diler Şəbəkəsinin təklif etdiyimiz xidmətlər barədə ən son məlumatları əldə edə bilməniz üçün hazırlayıb sizlərə təqdim edir. Ümid edirik ki, siz bu saytdan istifadə etməkdən razı qalacaqsınız. Sizin bu sayta daxil olmanız və eləcə də ondan istifadə etməniz aşağıdakı göstərilən şərtlərə və eləcə də bütün digər müvafiq qanunlara riayət edib-etməmənizdən asılı olacaq. Bu şərt və müddəalar sizinlə Renault və ya Renault Diller ŞƏbəkəsi arasında bu saytdan istifadəyə dair hər hansı başqa razılaşmanın bağlanması zamanı istisna olunur. Siz bununla razılaşırsınız ki, Renault sizin öhdəliyinizi yerinə yetirmə bilməməyinizə görə yaranmış hər hansı itki və ya zərərə görə məsuliyyət daşımır. Bu sayt üzrə sahibkarlıq hüquqları, rəsm, səs, xətt, animasiya və bütün digər materiallar Renault-a məxsusdur. Bütün bu hüquqlar ciddi şəkildə qorunur. Siz bu saytda olan hər hansı informasiya və materialın surətini çıxara, düzəliş edə, yenidən buraxa və ya saytın işinə müdaxilə edə və ya hüquqlara zidd hər hansı digər əməli edə bilməzsiniz. Renault UK Limited-in müəllif hüququ.

 

Əqli Mülkiyyət Hüquqları

Bu sayt üzrə sahibkarlıq hüquqları, rəsm, səs, xətt, animasiya və bütün digər materiallar Renault-a məxsusdur. Bütün bu hüquqlar ciddi şəkildə qorunur. Siz bu saytda olan hər hansı informasiya və materialın surətini çıxara, düzəliş edə, yenidən buraxa və ya saytın işinə müdaxilə edə və ya hüquqlara zidd hər hansı digər əməli edə bilməzsiniz. Renault UK Limited-in müəllif hüququ.

 

Parol və Giriş Kodları

Qeydiyyat proseduru zamanı siz hesab adını və parolu daxil etməlisiniz. Siz özünüz bu hesab adını və parolun məxfi saxlanmasına, eləcə də sizin hesabınızda aparılan hər hansı digər əməliyyatlara cavabdehsiniz. Siz; (i) hesabınızdan və /və ya sizin parolunuzda kimsə icazəsiz istifadə etdikdə və/və ya təhlükəsizliyini pozulduqda bu barədə dərhal Renault-a məlumat verməlisiniz; və (ii) hər istifadədən sonra siz hesabdan müvafiq qaydada çıxıb-çıxmamağınızı yoxlamalısınız.

 

Məhsul və Xidmətlər

Bu sayt Birləşmiş Krallıq ərazisində mövcud olan Renault məhsulları və xidmətləri haqqında məlumat verir. Vaxtaşırı olaraq məhsulları və xidmətləri ilə bağlı coğrafi cəhətdən xüsusi məlumatlar da ola bilər. Üzərinizə hər hansı öhdəlik götürməzdən əvvəl bunu dillerinizlə dəqiqləşdirin. Onu da nəzərə alın ki, bu saytda olan hər hansı məlumatlar ən son və ən düzgün olanıdır və vaxtaşırı olaraq nəqliyyat vasitələri, xidmətlər və qiymətlər xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Saytın interaktiv xüsusiyyəti sayəsində yalnız konfiqurasiya illüstrasiya məqsədləri üçündür. Buna görə də müəyyən məlumatlar əldə etmək üçün dillerinizlə əlaqə saxlayın. Diller səhifəsində istifadə edilmiş avtomobillərə aid informasiya əldə edə bilərsiniz. Zəhmət olmazsa, mətni diqqətlə oxuyun.


İstehsalçıların Tövsiyə etdiyi pərakəndə satış qiymətləri – Yeni Avtomobillər

Bütün qiymətlər heç bir xəbərdarlıq olmadan dəyişdirilə bilər. Göstərilən qiymətlər Maşın Qiymətləri Bələdçisində göstərilən Renault UL Limited şirkətinin istehsalçılarının tövsiyə etdiyi pərakəndə satış qiymətlərindən götürülüb və buraya həmçinin dillerin oibyektlərinə çatdırılma, nömrə nişanı, 12 aylıq yol haqqının ödənilməsi barədə sənəd (CO2 buraxılmasından asılı olaraq) və eləcə də 50 funt sterlinq məbləğində İlkin Qeydiyyat haqqı daxildir. Bütün digər məhsul və ya xidmətlər sizinlə diller arasında razılaşmada əksini tapmır. Sizin yeni Renault avtomobiliniz 3 illik zəmanət paketi – ilk 2 il limitsiz Renault oistehsalçı zəmanəti və 1 il 60.000 mil-ə kimi dilerin zəmanəti ilə təmin edilir. Sizin avtomobillərinizə Renault UK standartlarına uyğun xidmət göstəriləcək. Sizin Renault yalnız 9,000 və 18,000 millər arasında və ya 1 il bir il xidmət tələb edir (avtomobilin texniki xidmət kitabçalarına istinad edin). Rəngə həmçinin 3 il zəmanət verilir və paslanma əleyhinə zəmanət isə 12 il (Master üçün 6 yearsr) təşkil edir. Bundan savayı, yolda olarkən mexaniki və ya elektrik qısa qapanma ilə rastlaşsanız 2 illik Renault Yol Yardım planı (və ya 01/09/06-cı ilə kimi qeydiyyata alınmış avtomobillər üçün 3 il və yüngül kommersiya avtomobilləri üçün Zəmanət və Xidmət kitabçasına istinad edin) Birləşmiş Krallıq və Şimalı İrlandiyada sizə tez bir zamanda yardım təmin edir. Yeni avtomobillərin spesifikasiyası saytın səhifələri yenilənəndə doğru olur.

 

İstifadə olunmuş Avtomobillər

Saytda göstərilən istifadə olunmuş avtomobillərə bağlı sizin məlumatların qeydiyyatdan keçirilməsi həmin avtomobilin satışı və ya sifarişi anlamına gəlmir. Saytda göstərilən istifadə olunmuş avtomobillər dəvət üçündür və alqı-satqı belə avtomobilləri nümayiş elətdirən dillerlərlə aparılmalıdır.

 

Xidmətlər

Bu saytda təklif olunan xidmətlər bu kampaniyada iştirak edən RENAULT şəbəkəsini üzvləri tərəfindən təmin edilir. Tam məlumatlar üçün iştirakçı dillerlərlə əlaqə saxlayın. Göstərilən qiymətlər yalnız tövsiyə olunan qiymətlərdir.

 

Renault Diller Şəbəkəsi

Səlahiyyətli Renault Dilerləri sizi məhsul barədə məlumatlarla təmin etməkdə ekspertlərdir. Həmişə dillerinizlə məsləhətləşin. Diller Renault UK Limited-dən müstəqildir və xidmət və məhsulları əldə etmək öhdəliyi sizinlə diler arasında həyata keçirilir. Bu saytda bəzi səhifə və məlumatlar sizin diler tərəfindən hazırlanır və ona görə də bel məlumatlara görə həmin diller məsuliyyət daşıyır. Lakin bununla belə, hər hansı problemlə qarşılaşsanız, zəhmət olmazsa müştəri xidmətləri telefon xətti ilə dillerlə və ya bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

 

RCI Maliyyə Xidmətləri

Renault Finance və Renault Business Finance RCİ Financial Services Limited-in ticarət adlarıdır və bunlar tam olaraq Renault S.A-ın törəmə müəssisədir.

Bu saytda əksini tapan məhsul və xidmətlər yalnız Birləşmiş Krallıq vətəndaşları üçündür (Normand adaları və Men adası istisna olmaqla). Bu saytda yer alan məlumatlar Birləşmiş Krallıq vətəndaşlarından başqa heç kim üçün nəzərdə tutulmur və digər ölkələrin vətəndaşlarının müraciətinə baxılmayacaq. Bu saytda yer alan məlumat digər başqa ölkələrin qanunlarının tələblərinə cavab verməyə bilər. Telefon nömrəsi yalnız BK-dan olunan zənglərə cavab verir. Bu saytda yer alan məlumatlar Birləşmiş Krallıq vətəndaşlarından başqa heç kim üçün nəzərdə tutulmur və digər ölkələrin vətəndaşlarının müraciətinə baxılmayacaq.

 

Maliyyə Təklifləri

Bütün maliyyə təklifləri və qiymətlər heç bir xəbərdarlıq olmadan dəyişdirilə bilər. Maliyyə nizamnaməyə uyğun olaraq RCI Financial Services Ltd,PO Box 493, Watford, Wd17 1FJ tərəfindən təmin olunur. RCI Financial Services Limited Financial Services Authority (Maliyyə Xidmətləri Qurumu) tərəfindən səlahiyyətlləndirilir və nizamlanır. Yazılı qiymət təklifləri xahiş əsasında təmin edilir. Maliyyə müraciəti etmək üçün sənin ən azı 18 yaşın olmalı və Birləşmiş Krallıq vətəndaşlığı daşımalısan (Normand adaları və Men adası istisna olmaqla). Nümayış olunan nümunələr təklif müddəti ərzində sifariş olunmuş, alınmış və qeydə alınmış modellərə aiddir (ətraflı məlumat üçün dillerinə müraciət et). Bu maliyyə təklifləri bütün ilkin maliyyə təklifləri üzərində üstünlük təklif edir, özəl və kiçik biznes müştəriləri üçündür (maksimum 24 saat istismar olunan nəqliyyat vasitələri) və dövlət hesabına nəqliyyat vasitəsi alan fiziki qüsuru olan şəxslər, sürücülük məktəbi, özəl kirayə yerləri, taksilər və müqavilə əsasında icarəçilərə şamil olunmur. Bu təkliflər yalnız Böyük Britaniya üçündür, çünki Şimali İrlandiyada ayrı təkliflər tətbiq olunur. Renault heç bir xəbərdarlıq etmədən istənilən vaxt bu təkliflərə düzəliş etmək və onları geri götürmək hüququnu özündə saxlayır. Nəqliyyat vasitəsinin qiyməti istehsalçının tövsiyə etdiyi pərakəndə satış qiymətidir və nəşr olunduğu zaman düzgündür, 17% ƏDV və istehsalçının tövsiyə etdiyi nəqliyyat vasitəsini rəsmiləşdirmə rüsumu tutulur. Əgər başqa cür nəzərdə tutulmayıbsa 0% yalnız möhlətli ödəmə üsulu ilə alışa aiddir.

 

Renault Seçimləri

Seçim razılaşmasına ilkin aylıq ödənişlə ödəniləcək £99 rəsmiləşdirmə haqqı və £139 və £10 alış seçimi qiyməti daxildir və bu məbləğ sonuncu aylıq ödənişlə ödənilir. APR satış qiymətindən, depozitdən və müddətdən asılı olaraq fərqlənəcək. Seçim nümunələri nəşr zamanı düzgündürlər və illik razılaşdırılmış 10,000 mil-ə əsaslanır. Əgər razılaşmanın sonunda nəqliyyat vasitəsi Renault Finance-a geri qaytarılarsa və ya razılaşdırılmış mili ötmüş olarsa, hər artıq mil üçün 6 funt sterlinq ödəniləcək. Əgər razılaşmanın sonunda nəqliyyat vasitəsi Renault Finance-a geri qaytarılarsa, həmin vaxt o yaxşı vəziyyətdə olmalıdır. Əgər elə olmazsa, nəqliyyat vasitəsinə təsadüfü vurulmuş zərərə və ya istehsal ili və qət etdiyi məsafə səbəbi ilə köhnəlməsinə görə əlavə rüsum ödəniləcək. Zamin tələb oluna bilər.

 

Ümumi Məlumat

Sizin tərəfinizdən verilmiş məlumatlar in RCI Financial Services Ltd's –in kompüterlərində saxlanılacaq. Əgər siz maliyyə üçün müraciət edirsinizsə, sizin müraciətiniz Renault Finance tərəfindən “Kredit ödəmə qabiliyyətinin yoxlanılması” kimi tanınan prosesdən istifadə edilərək və Kredit Məlumatı Agentliyinin fayllarının axtarılması ilə dəyərləndiriləcək. RCI Financial Services Ltd sizin və sizin razılaşma barəsində olan məlumatları Kredit Məlumatı Agentliyinə açıqlayacaq və sonuncu da öz növbəsində bu cür məlumatalrı gələcək kredit dəyərləndirilməsi və fırıldaqçılığın qarşısını almaq məqsədi ilə rəsmi kreditorlara bildirəcək. Bütün məlumatlar RCI Financial Services Ltd tərəfindən istifadə oluna RCI Banque S.A. Group Companies -ə və digərlərinə marketinq (poçt, telefon, e-mail və ya faks vasitəsilə) və 1998-ci il tarixli Məlumatların Qorunması Aktına müvafiq olaraq digər məqsədlər üçün açıqlana bilər. əgər siz məlumatlarınızın marketinq məqsədi ilə istifadə olunmasını istəmirsinizsə, zəhmət olmazsa, bu barədə yazılı şəkildə Renault Finance–a məlumat. Təhlükəsizlik məqsədi və keyfiyyətə nəzarət prosedurlarımıza uyğun olaraq işçi heyətinin təlimləndirilməsinə yardım məqsədi ilə telefon zəngləri qeydə alınırlar və nəzarət olunurlar. Məlumatlar Böyük Şriftlərlə, Audio və ya xahiş əsasında Breyl şrifti ilə olur. Ətraflı məlumatlar üçün zəhmət olmazsa zəng edin. Siz indi həmçinin SMS vasitəsilə də əlaqə yarada bilərsiniz.

 

Renault Maliyyə Qorunması

Renault Maliyyə Qorunması hüququ üçün sizin yaşınız 18-65 aralığında olmalıdır. Bütün sığorta polislərində olduğu kimi burada da bəzi istisnalar var. İstisnalar daxil olmaqla sığorta polisi barədə məlumatlar da təmin ediləcək.

Renault Maliyyə Qorunması Pinnacle Insurance plc (qeydiyyat nömrəsi 1007798) (the 'Şirkəti'), Pinnacle House, A1 Barnet Way, Borehamwood, Hertfordshire WD6 2XX sığorta şirkətinin agenti qismində çıxış edən Renault Finance tərəfindən təşkil edilir. Şirkət İngiltərə və Uelsdə qeydiyyata alınıb və Məhdud məsuliyyətli özəl şirkətdir. Cardif Pinnacle Pinnacle Insurance plc-in kommersiya nişanıdır.

Pinnacle Insurance plc BNP Paribas şirkətidir. Şirkət is Financial Services Authority (Maliyyə Xidmətləri Qurumu) tərəfindən səlahiyyətləndirilir və nizamlanır. Sığortaya tətbiq edilən qanunlar İngilis qanunları olacaq (əgər siz digər qanunlar üçün müraciət etməzsinizsə və Şirkət başlama tarixindən öncə buna razılaşmazsa). Əgər şirkət ləğv edilirsə və borclarını ödəmək iqtidarında oilmazsa siz istənilən zaman Şirkətin kompensasiya məsələləri barədə ətraflı məlumat üçün müraciət edə bilərsiniz.

Əgər sizin kredit 1974-cü il İstehlakı Krediti barədə Akta uyğun nizamlanırsa və siz bu krediti vaxtından əvvəl ödəyirsinizsə, onda premiumların geri qaytarılmış bir hissəsini ala bilərsiniz ki, bunu da ödəniş məbləğini azaltmaq üçün istifadə edəcəksiniz, bir şərtlə ki, siz bu barədə uğurlu iddia qaldırmamış olasınız. Geri qaytarılmış ödəniş proporsional olaraq deyil, 78-ci Qaydaya uyğun hesablanacaq. Əgər siz premiumunuzun hansı məbləğinin geri ödəniləcəyini bilmək istəyirsinizsə, oda bu barədə kreditora yazın.

 

Fərdi Məlumatların Qorunması

Əgər siz saytda və ya “Mənim Reault-um” bölməsində olan formanı doldurmaqla bizə göndərərək sizi şəxsən tanımağımız imkan verən məlumatlar verməsəz, RENAULT bu cür məlumatları əldə etməyəcək. Belə məlumatlar məxfidir və RENAULT tərəfindən qorunur. RENAULT-un yazılı icazəsi olmadan həmin məlumatların kommersiya xarakterli istifadəsi olmayacaq. Sizin özünüz barədə bizə təqdim etdiyiniz məlumatlar yalnız sizin məlumat, təyinat və s məqsədlər üçün sorğularınıza cavab vermək üçündür. Belə məlumatlar araşdırma, təhlil, satış və marketin kampaniyası məqsədilə müstəsna olaraq RENAULT-un və bizim müəyyən kommersiya tərəfdaşlarımız, filial ofislərimiz və satış şəbəkəmizin üzvlərinin istifadəsi üçündür. [“Mənim Renault-un” başlığı altında sizin maraq və zövqlərinizə dair sizin daxil etdiyiniz məlumatlar sizə zövqünüzə uyğun məhsul və xidmətlər təklif etmək və Renault İnformasiyua bülleteninin göndərilməsi (email vasitəsilə sizə göndəriləcək və istədiyiniz an siz bundan imtina edə bilərsiniz) üçündür]. Siz Renault Birləşmiş Krallıq ofisi ilə əlaqə saxlamaqla özünüz barədə məlumatları dəyərləndirmək və həmin məlumatlarda olan səhvləri düzəliş etmək hüququna maliksiniz. Əgər siz marketinq materialları ilə bağlı sizinlə əlaqə saxlanmağın əleyhinəsizsə, onda saytda hər formanın aşağı hissəsindəki qutunu “klik” edin. Avtomatik Olaraq Əldə edilə bilən, lakin hər hansı Xüsusi Şəxsə aid etməsi mümkün olmayan Məlumatlar: Biz heç bir halda hər hansı xüsusi şəxslə əlaqələndirilməsi mümkün olmayan məlumatlar əldə edə bilərik. Belə məlumatlar sizin istifadə etdiyiniz internet brauzerinə, sizin kompüter sisteminə və sizin bizim saytımıza daxil olduğunuz domen adına aiddir.

 

'Cookies' fayllarının istifadəsi

Siz bizim saytımıza daxil olanda biz sizin kompüterinizdə "cookie" fayllarının yaranmasına səbəb ola bilərik. Bu cür "cookie" faylları bizə sizi tanımaq üçün imkan vermir. Ümumiyyətlə, orada sizin kompüterinizin bizim saytımız ətrafında hərəkət yolları barədə məlumat saxlayır (sizin hansı səhifəyə baxmağınızı, tarixi, saatı və s) və bunun sayəsində biz bunu sizin növbəti girişinizdə oxuya bilirik. Orada həmçinin sizin bizə vermiş olduğunuz məlumatlar əks olunur. Bu yolla siz siz bizim sayta daxil olarkən formanı doldurmaq məcburiyyətində qalmayacaqsınız. Belə məlumatlar müəyyən vaxt müddəti üçün sizin kompüterinizdə qorunub saxlanılacaq. Onu da deyim ki, siz “Cookies”-in qeydə alınmasının qarşısını ala bilərsiniz. Bunun üçün siz brauzerinizi aşağıdakı qaydada konfiqurasiya etməlisiniz: Əgər siz internetə Internet Explorer 3 və ya 4 (Microsoft) vasitəsilə daxil olmuşsunuzsa: "display", "options", "advanced" üzərində “klik” edin. Müxtəlif xəbərdarlıqlar arasında dördüncüdı " cookies- qəbul etməzdən öncə xəbərdarlıq" olanı gəlir və yalnız Internet Explorer 4-də, beşincidə "hər zaman cookies-dən imtina edin" tələb olunur.

 

Internet Explorer 5.0+-də:

'Tools' (Alətlər) menyusuna daxil olun

'Internet Options'-a daxil olun

'Security' tab üzərində “klik” edin

'Internet' zone (default ilə seçilir) seçin

Bu zona üçün 'High' təhlükəsizlik səviyyəsini seçin

'OK'-i seçin

Cookies directory-ya daxil olun (adətən c:\windows\cookies)

Orda olan bütün faylları silin

Bu faylları bir dəfə silən kimi sizin kompüterdə “cookies” qalmayacaq və sizin brauzer yeni “Cookies” göndərib qəbul etməyəcək. Əgər siz internetdə Navigator Gold 3 (Netscape) ilə daxil olursunuzsa: "options", "network preferences", "protocols"-u seçin. Müxtəlif xəbərdarlıqlar arasında dördüncüdı " cookies- qəbul etməzdən öncə xəbərdarlıq" olanı gəlir. Sonra siz “cokkie” peyda olanda xəbərdarlıq alırsınız və siz brauzeriniz vasitəsilə bunun qarşısını ala bilərsiniz. Xahiş edirik brauzerin istifadəsi üçün təlimatlara istinad edin.

 

Hypertext Links (Hippertext linkləri)

Renault saytına “hypertext link”i əlavə etmək üçün RENAULT-un əvvəlcədən razılığı tələb olunur. Əgər siz bizim saytımızda “hypertext link”inizi istəyirsinizsə, onda siz RENAULT-in Kommersiya Meneceri ilə əlaqə saxlamalısınız. RENAULT Renault saytından olan “hypertext link”i olan saytların içindəkilərə görə cavabdehlik daşımır.

 

Cavabdehlik Məhdudiyyəti

Siz bizim saytımıza öz riskinizlə daxil olursunuz. Heç bir halda nə RENAULT nə də onun şəbəkəsinin hər hansı bir üzvü bu sayta və ya bu saytla əlaqəsi ola hər hansı digər sayta daxil olmaq və ya bu saytdan istifadə etməklə əlaqədar yaranmış birbaşa və ya dolayısı yolla olan zərərə, o cümlədən məlumat və proqramların itməsi və ya maliyyə itkisinə görə məsuliyyət daşımır (bizim etinasızlığımız üzündən yarana biləcək fərdi zədə və ya tələfat halı istisna olmaqla). Model və onların spesifikasiyaları barədə məlumatlar müxtəlif səhifələr yenilənəndə təsvirə əlaqədar olur; belə məlumatlar ancaq bələdçilik üçün verilir və RENAULT, fili ofisi və ya şəbəkəsinin hər hansı üzvünün razılaşdırılmış məhsul və xidmət təklifi anlamına gəlməməlidir. Səhv və buraxılma qeydə alına bilər. Saytda əksini tapan məhsul və xidmətlərə girişə də məhdudiyyətlər tətbiq edilə bilər. Bu səbəbdən də siz sizin daxil olmağa cəhd etdiyiniz ölkənin qanunları sizə bizim saytımıza daxil olmağa icazə verdiyinə əmin olmasınız.

 

Tətbiq olunan Hüquq

Burda əksini tapan şərt və müddəalar İngiltərə qanunlarına uyğun nizamlanacaq və şərh ediləcək. Bununla siz İngiltərə məhkəməsinin müstəsna yurisdiksiyasına müraciət edəcəyinizə razılaşırsınız.

 

Şərt və Müddəaların Yenilənməsi

RENAULT istənilən zaman sayta daxil olmaq və eləcə də şərt və müddəalara düzəlişlərin edilməsi hüququnu özündə saxlayır və siz hər hansı belə variasiyalarla razılaşacağınıza razılıq verirsiniz. Buna görə də siz bu şərt və müddəaları müntəzəm olaraq yoxlamaq üçün bu səhifələrə istinad etməlisiniz.