DİQQƏT MƏRKƏZİNDƏ OLUN!

TƏKRAROLUNMAZ ÇİZGİLƏR
Renault ARKANAnın silueti kuzovun aydın xətləri ilə xarakterizə olunur. Bu da özündə güc və həssaslığı, praktilkliklə dəbi birləşdirir.       
Renault ARKANA
Kupe-krossoverin tavanın alçalan profili ilə həmahəng olan möhtəşəm silueti


Renault ARKANA
Qoruyucu üzlüklü massiv təkər tağları


Renault ARKANA
Orijinal dizaynlı 17 dyümlük yüngül xəlitədən disklər


Renault ARKANA
 Xrom kəmərlə əhatələnmiş kuzov


Renault ARKANA
  Pure Vision diodlu faralar


Renault ARKANA

  Edge Light diodlu arxa fənər



Kupe iddialılığı və krossover praktikliyi

2 konsepsiyanın - kupe iddialılığı və krossover praktikliyinin birləşməsi ilə ərsəyə gələn Renault ARKANA özündə bu seqment üçün unikal olan xüsusiyyəti ehtiva edir: yolda komfortlu hərəkətlə yanaşı yoldan kənarda macəraya hazır olmaq.
Şəhəri fəth et!
Renault ARKANA şəhərin qaynar ritminə hazırdır. Avtomobil sürüşə yardım üçün bütün lazımi sistemlərlə təchiz edilib. EASY LINK yeni multimedia sistemi isə meqapolisdəki avtomobil axınında vaxtı daha maraqlı edir.   
Sərhədləri yox edir
Böyük klirens, tam ötürmənin intellektual idarə edilməsi, 17 dyümlük yüngül xəlitəli disklər və kuzovun mühafizəsi avtomobilin istənilən yol örtüyündə arxayınlıqla hərəkət etməsinə imkan verir.   

Sürücü diqqət mərkəzində

Sürücünün rahatlığına xüsusi diqqət yetirildiyi üçün keyfiyyətli materiallardan istifadə edilməklə hazırlanan erqonomik interyer xüsusi rənglərlə işlənib və şəxsi əşyaların saxlanması üçün çox sayda bölmə nəzərdə tutulub.
ARKANA Interior
Komfortun yeni səviyyəsi
Renault ARKANAnın salonunda həır bir sərnişin üçün böyük həcmdə boş yer var. Saxlama bölmələri isə çox sayda xırda əşyanı özünüzlə götürməyə imkan verir.
ARKANA Interior
Erqonomik interyer
Hər şey sürücünün ətrafında cəmlənib: erqonomik qabaq konsol, idarəetmə orqanlarının intuitiv anlaşılan şəkildə yerləşməsi, yeni EASY LINK multimedia sistemi – hər şey əl altında.
ARKANA Interior
Klimat-kontrol
Orijinal dizaynlı klimat-kontrol sistemi sayəsində siz Renault ARKANAnın salonunda istənilən havada komfortlu hiss edəcəksiniz.
ARKANA Interior
Xoş atmosfer yaratmaq asandır
Ambient Light interyer seçimi Renault ARKANAnın salonunda istənilən xoş atmosferi yaratmaq üçündür. əhvalınıza və zövqünüzə uyğun gələn 8 rəngdən birini seçmək kifayətdir.