Renault DOKKER VAN əsas təchizatı

Komfortu azaltmadan geniş yük yerindən bəhrələnənin. Renault DOKKER VAN sizin bütün ehtiyaclarınız üçün adaptasiya olunub.
Ehtiyaclarınıza uyğunlaşdırılmış

Komfort və modulluluq

Biz Renault DOKKER Van tam funksional bir avtomobil kimi layihələndirdik: asan yükləmə-boşaltma, bütün əşyaların əlçatanlığı, yan qapılar, inteqrasiya olunmuş multimedia sistemi…
Media Nav
7 dyümlük sensor ekran (18sm) və sükanda yerləşdirilmiş düymələr sayəsində siz radio dinləyə yaxud da USB və Jack çıxışları ilə seçdiyiniz mahnılara qulaq asa bilərsiniz. Bluetoothlu telefon, 2D və Bird view ekranlı intuitiv naviqator sayəsində Media Nav sizin sükan arxasında xoş vaxt keçirmənizi təmin edir. Növbəti müştərinin ünvanına getmək istəyirsiniz? O zaman 2D və ya Bird view ekranlı naviqasiya sistemindən istifadə edin.

Konfiqurasiya

YERLƏŞMƏ

Daha böyük həcmə ehtiyacınlız var? Renault DOKKER Van ətraflı düşünür və sizə optimal yük həcmi təklif edir.                 
Renault Easy Seat : yük yerinin həcmini artırın
 Qabaq oturacağın sökülə bildiyi “Renault easy seat”, sizə 4 variant təklif edir:

- Oturacağın uzununa və söykənəcək hissəsinin tənzimlənməsi ilə 1 sərnişin daşınması
- Oturacağın arxa hissəsini sökməklə uzununa yükləməni optimallaşdırmaq
- Oturacağı asanlıqla "fold and tilt position" vəziyyətində qatlayaraq uzun və enli əşyaları yükləmək
- Oturacağı tamamilə çıxararaq əlavə 0.6 m3 yük həcmi əldə etmək. 
Renault DOKKER Van - Design extérieur - Profil droit
Faydalı uzunluq
Yükləmə həcminin seçimi sizin istəyinizdən asılıdır. Oturacağın arxasındakı 1,90m yük yeri sizin ixtiyarınızdadır. Daha böyüyünü istəyirsiniz? Renault Easy Seat opsiyası sayəsində siz 3,11m uzunluqdakı əşyaları yükləyə bilərsiniz.
Renault DOKKER Van - Volume de chargement
Faydalı həcm
Renault DOKKER Van sizə 3,3m3 yük həcmi təklif edir. Renault Easy Seat opsiyası ilə sizə əlavə 0,6m3 həcm əldə edirsiniz və beləcə yük yerinin həcmi 3,9m3 yüksəlir!
Renault DOKKER Van - Zone de chargement
Faydalı yük
Renault DOKKER Van sizə 600 kq-dək yükləri daşımağa imkan verir. Bir sözlə, bütün əşyaları yükləyə bilərsiniz!

Təhlükəsizlik

Arxayınlıqla sürün

Ciddi və etibarlı Renault DOKKER Van sizi bütün situasiyalarda müşayiət edir.
Renault DOKKER Van - Limiteur de vitesse
Sürət məhdudlayıcı
Sürət məhdudlayıcı sayəsində arxayınlıqla hərəkət edin.  Bu sistem sizə hərəkət etmək istədiyiniz maksimal sürəti seçməyə imkan verir. Siz sadəcə olaraq sükandakı düymə vasitəsi ilə lazım olan sürəti seçirsiniz.                  
Renault DOKKER Van - Système d'antiblocage des roues
Kilidlənməyən tormoz sistemi
Hərəkət traektoriyanızı nəzarətdə saxlayın. Sizin və sərnişinlərinizin təhlükəsizliyi üçün ABS sistemi kəskin tormozlama zamanı təkərlərin yolla makimum kontaktını təmin edir. Qəza tormozlamasına yardım sistemi isə tormoz yolunu azaltmağa xidmət edir. 
Renault DOKKER Van - ESC
Hərəkət traektoryasına dinamik nəzarət
İstiqaməti dəyişməyin. Riskli idarəetmə zamanı ESC Hərəkət traektoryasına dinamik nəzarət sistemi sizin sükana hakim olmağınızı təmin edir.                    
RENAULT DOKKER Van sürmək istəyirsinizmi?