Renault ARKANA kupe krossoveri sıfırdan layihələndirilmiş avtomobildir. Onun hər şeyi yenidir: dizayndan tutmuş salonun erqonomliliyinə qədər. Emosional və etibarlı alınıb – özünüz qiymət verin!
İlk baxışdan valeh edir
Avtomobilin xarici görünüşü ciddi xətləri və fransızlara xas cazibədarlıqla insanı valeh edir. Parlaq rənglər sayəsində yaddaqalan və orijinal. Qoruyucu üzlüklər, qısa təkər bazası, böyük təkər tağları hərəkət zamanı əlavə arxayınlıq hissi yadadır.
Şəhər krossoveri Renault ARKANAnın xarakterini əlavə dartı gücü və doğmalıq, həmçinin bütün Renault ailəsinə xas olan praktiklik və teibarlılıq tamamlayır. Bu da kupe-krossoveri həm şəhərdə, həm də şəhərdən kənarda komfortlu şəkildə idarə etməyə imkan verir.
Renault ARKANAnın cazibədar xarici görünüşü öz davamını interyerin dizaynında da tapır. Hər şey sürücünün ətrafında cəmlənib: ön konsolun yaxşı düşünülmüş erqonomikası, idarəetmə orqanlarının intuitiv yerləşməsi, yeni EASY LİNk multimedia sistemi - bir sözlə hər şey əl altındadır!
Bu innovativ kupe krossover yeni nəsil modul tipli SUV platforma əsasında hazırlanıb. Avtomobilin şassisinin 55%-i yeni, 45%-i isə zamanın sınağından üzüağ çıxmış və Renault istifadəçilərinin müsbət rəyini almış detallardan ibarətdir.
Bu innovativ kupe krossover yeni nəsil modul tipli SUV platforma əsasında hazırlanıb. Avtomobilin şassisinin 55%-i yeni, 45%-i isə zamanın sınağından üzüağ çıxmış və Renault istifadəçilərinin müsbət rəyini almış detallardan ibarətdir.
Yeni TCе150 turbo mühərriki Renault və Daimlerin qabaqcıl mühəndislərinin birgə layihəsidir. Mühərrik istər stenddə, istərsə də real yol şəraitində çox ciddi etibarlılıq sınağından keçib. Yeni mühərrik yeni nəsil CVT X-Tronic ötürmələr qutusu və intellektual 4X4 tam ötürmə sistemi ilə əhəngdə işləyir.
Apple, CarPlay, Android Auto və Yandexauto tətbiqləri sayəsində 8 dyumlük sensorlu ekrana malik yeni multimedia sistemi diqqəti yoldan ayırmadan istənilən naviqasiya sistemini istifadə etməyə, musiqi dinləməyə və telefonla danışmağa imkan verir.
daha ətrafli
İntellektual tam ötürmə
Yeni 4х4 sisteminin 3 rejimi var: 2WD – gücün qabaq oxa ötürüldüyü qənaətli rejim, AUTO – mühərrik gücü avtomatik şəkildə qabaq və arxa oxlar arasında paylanır, LOCK – 80 km/saat sürətə qədər differensialın məcburi kilidlənməsi.
Yüksək keçicilik qabiliyyəti
Renault ARKANA nın yüksək keçicilik qabiliyyəti onun xarici görünüşündən bəlli olur. Kuzovun əla həndəsi quruluşu, yüksək klirens və karterin metallik mühafizəsi hərəkət zamanı əlavə arxayınlıq yaradır.
Soyuq iqlimə hazır
Renault ARKANA ən soyuq hava şəraitində də istismar üçün hazırdır. Bütün oturacaqların, sükan çarxının, şüşəsilənlərin forsunkalarının, qızdırılması sayəsində avtomobil ilk saniyələrdən komfortlu şəkildə idarə etməık mümkündür. Renault START məsafədən işəsalma sistemi sayəsində isə avtomobilin salonunda əvvəlcədən istənilən hava şəraitini yaratmaq mümkündür.