İntellektual tam ötürücü sistemi
Renault KAPTUR tam
ötürücü versiyası öz yüksək etibarlığı ilə fərqlənən intellektual tam ötürücü sistemi
ilə təchiz olunmuşdur və ağır yolsuzluq şəraitinə əla uyğunlaşdırılmışdır.
Sistem üç rejimdə işləyir:– 2WD sistemi: ötürücü
yalnız qabaq təkərlərdə həyata keçirilir, bu isə yanacaq sərfiyyatını
optimallaşdırır;
– 4WD Lock sistemi: fırlatma anı qabaq və arxa ox arasında bərabər paylanır ki,
avtomobil bütün maneələri qətiyyətlə rəf etsin (məsələn, sürüşkən, uzun
yoxuşlar və s.)– AUTO rejimi:
firlatma anı yolun növündən və keyfiyyətindən və avtomobilin sürətindən asılı
olaraq qabaq və arxa təkərlər arasında avtomatik olaraq paylanır.