Renault Kaptur yenilənmiş şəhər krossoverini qarşılayın.
Şəhər krossoveri Renault KAPTUR– rahatlıq və praktikliyin ən mükəmməl səviyyəsidir. Yenilənmiş versiyada Siz yenidən işlənilmiş interyeru, genişlənmiş fərdiləşdirmə imkanlarını və mütərəqqi multimediya həllərini tapa bilərsiniz.
Axında fərqlqənmək
Yeni krossover Renault KAPTUR daima diqqət mərkəzindədir. Banın (kuzovun) boyasının 24 variantı – özünüzü ifadə etmək sərbəstliyidir. Avtomobilin zərif görünüşü banın (kuzovun) dinamil xəttləri ilə əla uyğunlaşmışdır. Gündüş işıqları və əsas optika (fənərləri) gecə vaxtı avtomobili fərqləndirir.
Turboefermə ilə yeni TC2 150 c mühərriyi sizə əla dinamika bəxş edəcək, sükan idarəetməsinin elektrik gücləndiricisi və tam ötürücünün intelleqtual sistemi isə həm şəhərdə, həm də onun hüdudlarından kənarda avtomobilin tam potensialını meydana çıxarmağa hazırdır. Sürücüyə müxtəlif yardımçı sistemlərin sayədində siz istənilən yol vəziyyətində özünüzü arxayın hiss edəcəksiniz.
İnteryer işləmələrinin yumşaq və keyfiyyətli materialları rahatlıq hissi yaradacaqdır, idarəetmə düymələrinin yeni düzülüşü isə intuitiv cəhətdən aydındır. Qış opsiyaları (seçimləri), saxlma üçün əlverişli bölmələr, mərkəzi qoltuqaltılar və içki üçün iki stəkan altlığı istənilən məsafəli səfərlərinizi daha rahat edəcəkdir.
Renault KAPTUR – tam ötürücü krossoverdir, Azərbaycan şəraitində istismara ideal uyğundur. Mükəmməl həndəsəsi, yüksək klirensi, yüksək davamlılıq ehtiyatı olan enerji tutumlu asqısı, həmçinin etibarlı tam ötürücü sistemi sayəsində KAPTUR spesifik yol və iqlim şəraitində istismara uyğundur.